Maliyyə Bazarlarına Nəzarət Palatası Direkrorlar Şurasını "Parabank"a bank olmayan kredit təşkilatı kimi lisenziya verilməsinə Direkrorlar Şurasında baxacaq. Palatanın sədri Rüfət Aslanlı deyib ki, artıq yeni hüquqi şəxs qeydiyyatdan keçib.
Lisenziyanın Bankın 11 filialına da verilməsi nəzərdə tutulur.
“Yetəri kapitalı olmayan bir bank, yetərli kapitalı olan bank olmayan kredit təşkilatına çevriləcək. "Parabank"ın lisenziyası geri alındıqda 40 milyon manat kapitalı var idi. Bank həmin kapital hesabına öhdəliklərini icra edib, hətta 20,5 milyon manat da sərmayə saxlaya bilib”.