30 Oktyabr

Əsas kapitala yönələn vəsaitdə bankların payı məlum oldu

2017-ci ilin yanvar ayında bütün maliyyə mənbələrindən əsas kapitala 954,2 milyon manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən Fins.az-a verilən xəbərə görə, vəsaitin 751,5 milyon manatı neft sektoruna, 202,7 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib.

Ümumi sərmayənin 70,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 89,3 faizi məhsul istehsalı obyektlərinin, 7,7 faizi xidmət sahələri üzrə obyektlərin, 3 faizi isə ümumi sahəsi 107,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 31,5 faizini təşkil edib.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,4 faiz, bank kreditləri 8,2 faiz, büdcə vəsaitləri 3,5 faiz, əhalinin şəxsi vəsaitləri 3 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,9 faiz təşkil edib.