2017-ci ildə Azərbaycanın bank sektoruna maliyyə dəstəyinin edilməsi zəruridir. Fins.az xəbər verir ki, bu barədə "Fitch" Beynəlxalq Agentliyi öz hesabatında açıqlayıb.
Hesabata əsasən, maliyyələşmənin əsas hissəsinin Azərbaycan Dövlət Neft Fondu tərəfindən həyata keçiriləcəyi vurğulanır. Həmçinin dövlət tərəfindən Azərbaycan Beynəlxalq Bankına əlavə dəstək veriləcəyini qeyd edir.
Agentliyin analizinə görə, Beynəlxalq Banka göstərilən maliyyə dəstəyi son 2 il ərzində bu banka verilən vəsait nəticəsində ÜDM-nin 21%-ni təşkil edən zəmanətlərin xüsusi çəkisi daha da artacaq.
"Fitch" bank sektorunda problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisinin 21% olmasını qeyd edir və eyni zamanda bu göstəricinin azaldıldığını ehtimal edir. Kapitalın orta adekvatlıq əmsalının 7,6%-ə düşməsini qeyd edən reytinq agenetliyi bu il sektora maliyyə dəstəyinin davam edəcəyini proqnoz edir.
Mənbə: report