Dollar “Bloomberg” üzərində bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” üzərində dollar 1.7938 manata yüksəlib. Bu isə əvvəlki günlə müqayisədə 0,07 % bahalaşma deməkdir. Qeyd edək ki, bundan əvvəl dollar günü 1.7925 manat kursu ilə yekunlaşdırmışdı.
Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.
Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış/satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.