Ölkəmizdəki bütün bankların, demək olar ki, öz debet kartları var. Bu kartlar müştərilərin tələbatlarını ödəyirmi? Cavab çox sadədir. Bəli, hər bir bankın debet kartı var, amma tələbatı qismən ödəyir. Azərbaycandan kənarda Visa və Mastercarda qoşulmaqla biz ödənişlər edə bilirik, ancaq PayPala qoşulmamağımız bir çox xarici saytlardan online alış-veriş etməyimizə böyük əngəllər yaradır.
Fins.az bildirir ki, Azericard həm Visa, həm də MasterCard beynəlxalq ödəmə sistemləri ilə birgə beynəlxalq card to card xidmətini tətbiq etmək niyyətindədir. Həmin xidmətin tətbiqindən sonra ölkə daxilində də bir prosessinq mərkəzinə aid olan kartlardan digərinə məxsus kartlara da card to card əməliyyatı aparmaq mümkün olacaq. Müqavilədən sonra biz hər hansı Avropa bankının kartına öz Azəricard kartımızdan vəsait göndərə biləcəyik. Perspektiv odur ki, card to card əməliyyatı real rejimdə vəsaitlərin köçürülməsini təmin etdiyinə görə, habelə digər pul köçürmə əməliyyatlarına nisbətən daha az xidmət haqqı tələb etdiyi üçün kart istifadəçiləri həm vaxta, həm də vəsaitlərə qənaət etmiş olacaqlar.