30 Oktyabr

Bank dollar satışını 16 dəfə artırdı

Bu gün Azərbaycanın iri banklarından biri dolların satış limitini qaldırdı. Fins.az-a "Yapi Kredi Bank Azərbaycan"dan daxil olan xəbərə görə, bank bir müştəriyə 5 min dollaradək məbləğ satır.

Qeyd edək ki, bundan öncə bank yalnız 300 dollar satırdı.

Xatırladaq ki, bu bankda dolların satış məzənnəsi 1.81 manatdır.