30 Oktyabr

Mərkəzi Bankın depozitlərinə tələb artdı – HƏRRAC

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb. Fins.az-ın məlumatına görə, bugünkü depozit hərracında tələb 196,5 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,73% təşkil edib.

Xatırladaq ki, Mərkəzi Bank bu günki hərracda 150 milyon manat depozit cəlb etməyi planlaşdırmışdı.