Bu gün Mərkəzi Bankın keçirdiyi valyuta hərracına çıxarılacaq valyutanın məbləği məlum olub. Fins.az xəbər verir ki, hərracda 35 milyon dollar satılacaq.
Qeyd edək ki, valyuta hərracı saat 12-də start götürəcək.
Xatırladaq ki, son hərracda dolların məzənnəsi 1.7498 manat səviyyəsində müəyyən edilib.