30 Oktyabr

Neft Fondunun hərraca çıxardığı vəsait azaldı

Dövlət Neft Fondu 2017-ci ilin fevral ayı ərzində valyuta hərraclarında 258,4 milyon ABŞ dolları məbləğində vəsait satıb. Fins.az xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Qeyd edək ki, yanvar ayında hərraclarda satılan valyutanın məbləği 285 milyon dollar olub. Beləliklə, Neft Fondu ötən ay hərraca çıxardığı valyutanın həcmini azaldıb.