“Kapital Bank”dan “PAŞA Həyat”a transfer olub. “Kapital Bank”ın satış kanalları departamentinin direktoru Vüsal Nağıyev mart ayının 1-dən etibarən “PAŞA Həyat” sığorta şirkətinin yeni yaradılmış Satış kanalları və marketinq Departamentinə direktor təyin edilib. Bu barədə fins.az-a Vüsal Nağıyev məlumat verib.