30 Oktyabr

Mərkəzi Bankın notları əlində qaldı – HƏRRAC

Bu gün martın 1-də Bakı Fond Birjasında Mərkəzi Bankın 50 milyon manatlıq qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib. Fins.az xəbər verir ki, 1 notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür.

Hərracda notların nominal üzrə reallaşdırılmış həcmi 11,745,600 manat məbləğində müəyyən edilib.

Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 11,745,600 manat təşkil edib.

Sifarişlər 98.8472 AZN (14.9945%) və 98.8900 AZN (14.4316%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8472 manat (14.9945%), orta ölçülmüş qiyməti – 98.8528 manat (14.9208%), səviyyəsində müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar martın 1-də həyata keçirilib.

Notların ödəmə tarixi 29.03.2017-ci ildir.