30 Oktyabr

POS-terminalları nə gözləyir?

POS-terminal bazarı əmin addımlarla yüksəlir. Fins.az xəbər verir ki. "Zion Market Research" analitiklərinin təqdim etdiyi hesabatda bu sahənin cari vəziyyəti və gələcək ilə bağlı proqnozlar təhlil edilib.

2016-cı ildə bazarın gəcmi 45 milyard dollar olaraq qiymətləndirilib. 5 ildən sonra (2022-ci ildə) bu məbləğ hər il 13,5% yüksələrək 98,27 milyard dollara qədər artacaq. "Global Market Insights"-ın araşdırmasına görə də təqribən eyni proqnozları qeyd edilib.

Hesabata görə, simsiz və mobil POS-terminallar ticarət nöqtələrinə işin effektivliyini artırmaq və sifarişlərin daha sürətlə yerinə yetirilməsi hesabına gəlirlərini artırmaq şansı yaradır.

Hesabat müəllifləri bütün dünya və pərakəndə biznesin müxtəlif sahələri üzrə POS-sistemlərin inkişafını araşdırıblar. Araşdırılan sahələrə ticarət, mehmanxana işi, səhiyyə, əyləncə və s. aiddir. Qeyd edilən sahələr içərisində ticarət POS-terminal və POS-sistemlər üçün bazarda liderlik edən sahə elan edilib.

Mənbə: Banker.az