30 Oktyabr

Mərkəzi Bankın ərazi idarəsinin rəhbəri dəyişdi

Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan MR-dakı ərazi idarəsinin rəhbəri dəyişib.

Fins.az xəbər verir ki, indiyə qədər idarəyə rəhbərlik edən Səbuhi Hidayət oğlu Məmmədov vəzifəsindən azad edilib.

Onun yerinə Orxan Şıxəli oğlu Abdullayev təyin olunub.

Xatırladaq ki, AMB-nin Naxçıvandan başqa, Biləsuvar, Gəncə və Qubada regional mərkəzləri, Sumqayıt və Yevlaxda ehtiyat mərkəzləri fəaliyyət göstərir.

Mənbə: Report