30 Oktyabr

Mərkəzi Bank 200 milyon manatı yığacaq – HƏRRAC

Mərkəzi Bank sabah martın 3-də vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək. Fins.az xəbər verir ki, bu dəfə 200 milyon manat həcmində depozit cəlb etmək planlaşdırılır.

Dolayı hərrac saat 11:00-dan 11:15-dək "Blumberq" ticarət sistemində reallaşdırılacaq. Hərracla bağlı məlumatlar saat 10:00-dək platformada göndərilməlidir.

Qeyd edək ki, depozitlərin müddəti 14 gün, faiz dərəcələri 12,01%-14,99%-dir.