30 Oktyabr

Azərbaycanın valyuta ehtiyatları – AÇIQLANDI

Azərbaycanın strateji valyuta ehtiyatları artıb. Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə, 2017-ci il martın 1-nə ehtiyatların səviyyəsi 4 milyard 369 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2008-ci ildən bəri ən aşağı valyuta ehtiyatlarının səviyyəsi 2016-cı ilin dekabrında qeydə alınıb. Həmin vaxt Mərkəzi Bankın ehtiyatları minimum psixoloji həddən də aşağı düşərək 3 milyard 974 milyon dollara enib.
2017-ci ilin yarvar ayında Neft Fondundan transertlər hesabına ehtiyatlar artaraq 4 milyard 327 milyon dollara yüksəldi.
Fevral ayında isə təxminən 1% artaraq 4 milyard 369 milyon dollara çatıb.