Bu səhər Azərbaycan kommersiya banklarının bir çoxu məzənnələrə dəyişiklik ediblər. Fins.az-ın araşdırmasına görə, "Accessbank" dolların alışını da, satışını da yüksəldib: alış 1.7470-dan 1.7480 manatadək; satış 1.8040-dan 1.8070 manatadək qalxıb.
Dünən axşam saatlarında "Unibank" dolları 1.7505 manata alırdı. Bu səhər saat 10-nun göstəricisinə əsasən isə 1.7540 manata alır.
"NBC Bank", "VTB Bank" və "Kapitalbank" da həmçinin alış qiymətini yüksəldib. "NBC Bank" dollar alışını 1.7400-dən 1.7450 manatadək, "VTB" - 1.7450-dən 1.7500 manatadək, "Kapitalbank" 1.7485-dən 1.7500 manatadək bahalaşdırıb.
Daha iki bank yalnız satış qiymətlərini dəyişdirib: "Bank Silk Vey" və "Muğanbank". "Bank Silk Vey"də dollar .7750-dən 1.7760 manatadək bahalaşıb. "Muğanbank"da isə dolların satışı 1.8100 manatdan 1.8000 manatadək ucuzlaşıb.
"Atabank" alışı da, satışı da ucuzlaşdırıb: alışı 1.7500-dan 1.7400 manatadək, satışı 1.7950-dən 1.7900 manatadək.
"AGBank" isə dolların alışını 1.7450 manatdan 1.7400 manatadək ucuzlaşdırıb. Bu bankda ABŞ valyutasının satışı 2,5 qəpik ucuzlaşdırıb: 1.8200 manatdan 1.7950 manata enib.