Martın 3-də “qara bazar”da dolların alış məzənnəsi qalxıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dollar alışı 1.7600 manat, satışı isə 1.7700 manat olub.
Ötən gün “qara bazar”da dollar 1.7500 manata alınıb, 1.7700 manata satılırdı. Bununla da dolların “qara bazar”da alqı-satqısı arasında fərq rekord həddə aşağı düşüb. Yəni, cəmi 1 qəpik.
Qeyd edək ki, bu gündən etibarən banklarda da dolların alış-satış qiymətləri arasında fərq 1 qəpiyə qədər aşağı düşüb. Ötən gün ortalama bir bank dolları 1.7400 manata alıb 1.7900 manata satırdısa, bu gün alqı-satqı məzənnəsi 1.7450-1.7500 manatdan 1.7900 manat arasında dəyişir.