Xəbər verdiyimiz kimi, bu gün martın 3-də Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib. Fins.az xəbər verir ki, hərracda tələb 218 milyon manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil edib.
Xatırladaq ki, Mərkəzi Bank son hərracda 200 milyon manat depozit cəlb etməyi planlaşdırırdı.