“Dəmirbank” kiberhücumun nəticələrinin aradan qaldırılması üçün “Kasperskiy Lab” şirkətinə müraciət edib. Bu barədə şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Müşfiq Məmmədov məlumat verib.
Bildirib ki, “Dəmirbank”da baş verən məlum kiberhücumdan sonra banklar təhlükəsizlik tədbirlərini gücləndirməyə və hücumlardan daha effektiv qorunmağa çalışırlar. Bunun üçün şirkətə müraciətlər artıb:
"Dəmirbank"la işləyirik. Onlara kömək etməyə çalışırıq".
M.Məmmədov əlavə edib ki, bu istiqamətdə şirkət banklara, eləcə də “Dəmirbank”a əlindən gələn köməkliyi edir.