30 Oktyabr

Mərkəzi Bank "zəli funksiyası"nı davam etdirir

Martın 1-nə olan məlumata görə, dövriyyədə cəmi 6 milyard 987 milyon manat pul kütləsi var. Fins.az xəbər verir ki, 2016-cı ilin sonunda bu rəqəm 7 milyard 860 milyon manat olub. Göründüyü kimi ölkədə pul bazası 873 milyon manat azalıb. Bu vəziyyətdə isə təbii ki, iqtisadi aktivlikdən söhbət gedə bilməz.

Qeyd edək ki, Mərkəzi Bankın bazardan manatı toplamaq üçün bu ilin yanvar-fevral aylarında depozit hərraclarında cəlb etdiyi vəsaitin ümumi həcmi 1 mlrd. manatı keçib. Belə ki, hesabat dövründə AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş 10 depozit hərracında cəmi 1 069,7 mln. manat cəlb edilib.

Bu müddətdə cəmi tələb isə 1 467,15 mln. manat təşkil edib. Keçirilmiş 10 hərracdan 9-da tələb təklifi üstələyib.

Eyni zamanda dövriyyədə olan notların həcmi 72 milyon manat təşkil edib. Beləliklə, 72 milyon manat da notlar vasitəsilə sterilizasiya olunub.