Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından biri valyuta satışına limiti aradan qaldırdı. Fins.az-ın verdiyi məlumata görə, söhbət "Accessbank"dan gedir.
Bank müştərilərinə ötən günlər ərzində dolları limitsiz satırdı. Cümə günü, yəni martın 3-ü bank bir müştəriyə yalnız 10 min dollar satdı. Yeni həftədə isə yenidən dolları limitsiz satmağa qərar verib.
Qeyd edək ki, "Accessbank"da 1 dolların satış qiyməti 1.8070 manatdır.