Mərkəzi Bankın bu gün martın 6-da keçirdiyi vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı başa çatıb. Fins.az xəbər verir ki, hərracda tələb 41,4 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil edib.
Qeyd edək ki, bu dəfəki hərracda Mərkəzi Bank 150 milyon manat cəlb etməyi hədəfləmişdi.