30 Oktyabr

Bank dollar kisəsini açdı

Azərbaycanda fəaliyyət göstərən kommeriya banklardan biri dollar satmağa başladı. Fins.az xəbər verir ki, uzun fasilədən sonra "Bank VTB Azərbaycan" bu gündən valyuta mübadiləsi əməliyyatlarını bərpa edib.
Bankdan verilən məlumata əsasən, "VTB Azərbaycan" bir müştəriyə 500 dollaradək məbləğdə ABŞ valyutası satır.
Xatırladaq ki, bu bankda dolların satış məzənnəsi 1.8000 manat təşkil edir.