2017-ci ilin yanvarında iqtisadiyyata yönəldilən kreditlərin həcmi artıb. Fins.az Mərkəzi Bankın statistikasına əsasən xəbər verir ki, ilin ilk ayında bütün mənbələrdən ayrı-ayrı sahələrə ümumilikdə 16 705,2 milyon manat kredit ayrılıb. 2016-cı ilin dekabrında isə bu rəqəm 16 444,6 milyon manat təşkil edib.
Kreditlərin 5 769,4 milyon manatı və ya 34,5%-i dövlət banklarının, 10 481,4 milyon manatı və ya 62,7%-i özəl bankların, 454,4 milyon manatı və ya 2,7 faizi isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.
Yanvarda vaxtı keçmiş kreditlərin həcmi də artaraq ümumi kreditlərin 9,8%-ni təşkil edib. Belə ki, 2016-cı ilin dekabrında bu göstərici 1 472,6 milyon manat idisə, yanvarda bu rəqəm 1 633,1 milyon manat olub.
Kreditlərin böyük hissəsi - 34,8% -i ev təsərrüfatlarına ayrılıb. Başqa sözlə, bu ilin yanvarında bu sahəyə 5 814 milyon manat kredit ayrılıb.
Maliyyə sektoruna ayrılan kreditlər də artıb. Belə ki, 2017-ci ilin yanvarında bu sektora 505,6 milyon manat kredit ayrılıb. Ötən ilin dekabrında isə bu göstərici 493,8 milyon manat olub.
Tikinti və xidmət sektoruna – (14,6%), 2432,2 milyon manat;
Energetika, kimya və təbii ehtiyatlar sektoruna – (2,7%), 456,5 milyon manat;
Kənd təsərrüfatı və emal sektoruna – (2,7%), 447,6 milyon manat;
İnşaat və əmlak sektoruna – (11,9%), 1 988, 5 milyon manat;
Sənaye və istehsal sektoruna – (7,8%), 1 300,9 milyon manat;
Nəqliyyat və rabitə sektoruna – (8,4%), 1 396,5 milyon manat;
İctimai təşkilatlara verilən kreditlər – (0,2%) 26,7 milyon manat;
Hökumət idarələrinə - 1,1 milyon manat;
Digər sektorlara – (1,1%), 176,6 milyon manat;
Akkreditivlər – (5,5%), 916,5 milyon manat
Zəmanətlər üzrə - (0,6%), 104,4 milyon manat
Faktorinq əməliyyatlarına – 5,2 milyon manat
Overdraft - 5,3 milyon manat kredit ayrılıb.