“Bloomberg” terminalında dollar kəskin ucuzlaşıb. Fins.az xəbər verir ki, mart ayının 13-də “Bloomberg” üzərində dollar ticarəti 1.7363 manatla başlayıb. Bu isə dolların 2,16 % ucuzlaşması deməkdir. Ötən həftə sonu dollar 1.7745 manat kursu ilə ticarət edilmişdi.
Qeyd edək ki, bu, mart ayında dolların ikinci ən böyük ucuzlaşmasıdır. Mart ayının 10-da dollar 2,39% ucuzlaşaraq 1.7350 manata düşmüşdü.
Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.
Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış/satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.