30 Oktyabr

Bank limiti daha da artırdı

Bu gün Azərbaycanın kommersiya banklarından biri dolların satış limitini qaldırdı. Fins.az xəbər verir ki, söhbət "Yapı Kredi Bank Azərbaycan"dan gedir.
Məlumata əsasən, bu bank ötən həftə bir müştəriyə 5 min dollaradək məbləğ satırdı. Bu gün isə bu məbləğ 8 min dollar təşkil edir.
Xatırladaq ki, bu bankda dolların satış məzənnəsi - 1.7500 manatdır.