30 Oktyabr

POS terminalla ödəniş edən yoxdur – SOS!

Azərbaycanda 4 000 nəfərə cəmi bir bankomat düşür. Fins.az xəbər verir ki, POS terminala düşən əhalinin sayı isə 0,14-dür. Yəni bir POS terminala min nəfər belə düşmür. Başqa sözlə ölkədə kifayət qədər post-terminal var. Amma posterminalla ödənişlərin səviyyəsini əks etdirən rəqəmlər Azərbaycanın nağdsız dövriyyənin minimumda olduğunu göstərir.
Fins.az Mərkəzi Bankın statistikasına əsasən xəbər verir ki, hər 1000 ödəniş kartına düşən əməliyyatların orta aylıq həcmi 173 688 manat təşkil edir. Bu ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11 min manat artıb. 1 ATM-ə düşən orta aylıq əməliyyatın həcmi isə cəmi 287 674 manat olub.
Nağdsız ödənişə keçidlə bağlı nağdlaşmaya qoyulan məhdudiyyətlər belə birinci ayda fayda verməyib. Bir POS terminala düşən əməliyyatların orta aylıq həcmi əksinə azalaraq 1427 manata düşüb. Ticarət və xidmətdə POS terminalların orta aylıq göstəricisi də biabırçı rəqəmdər: 810 manat!
Qeyd edək ki, 2017-ci ilin fevral ayının əvvəlində Azərbaycanda ödəniş kartlarının sayı 5 milyon 343 min ədəd təşkil edib. Bu göstərici ötən ilin yekunu ilə müqaisədə 9 min ədəd və ya 0.2% çoxdur.