“Qara bazar”da dollar yenidən ucuzlaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.7200 manat, satışı isə 1.7400 manata kimi ucuzlaşıb.
Qeyd edək ki, ötən gün“qara bazar”da dollar 1.7300 -1.7400 manata alınıb, 1.7500 manata satılırdı. Bununla da dollar son bir ayın minimumuna düşüb. Belə ki, fevral ayının 13-14-də “qara bazar”da dollar eyni məzənnə ilə ticarət edilib.