30 Oktyabr

Banklar öz aralarında dolları yenidən ucuzlaşdırdı

Bloomberg” terminalında dollar yenidən ucuzlaşıb. Fins.az xəbər verir ki, mart ayının 14-da “Bloomberg” üzərində dollar ticarətə 1.7387 manatla başlayıb. Bu isə dolların 0,64 % ucuzlaşması deməkdir. Qeyd edək ki, dollar ötən gün 1.7500 manat kursu ilə ticarət edilmişdi.

Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.

Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış/satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.