30 Oktyabr

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycan xam neftinin 1 barelinin qiyməti 0,43 dollar və yaxud 0,81% azalıb.

Fins.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 52,55 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri Light" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.