30 Oktyabr

Dollarda FED öncəsi sükut

Dollar, ABŞ Mərkəzi Bankı Fed-in bu gün başlayacaq iclası ərəfəsində mühüm valyutalar qarşısında "dar bir dəhlizdə" dalğalanır.

Fins.az xəbər verir ki, treyderlərin, Federal Açıq Bazar Komitəsinin (FOMC) Çərşənbə günü başlayan iki günlük toplantısı ərəfəsində mövcud mövqelərini qoruması, Dolların üfüqi gedişinə səbəb olur

Nyu-Yorkdakı qar fırtınası da bazar iştirakçılarının Bazar ertəsi günü əməliyyatları erkən başa vurmalarına səbəb olub və bu da həcmin aşağı qalmasını təmin edib.

ABŞ Dollarının on mühüm bazar pulu qarşısındakı dəyərini təqib edən Bloomberg Dollar Spot İndeksi, saat 08:30-da dəyişməyərək 1244.05 bənd olub. Dollar, Yapon Yeni qarşısında sabit gedişini qoruyaraq 114.87 səviyyəsindən əməliyyat olunub.

Mənbə: Marja