30 Oktyabr

“Azərbaycanda devalvasiya bu sahəni inkişaf etdirib” – AÇIQLAMA

Azərbaycanda turizm məhz devalvasiyadan sonra çiçəklənməyə başlayıb. Fins.az xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektoru ilə bağlı keçirdiyi tədbirdə Agentliyin departament direktoru Paul Gamble deyib.

O bildirib ki, devalvasiyanın təsiri ilə qeyri-neft sektorunda əsas sahələrdən biri olaraq turizm inkişaf etməyə başlayıb. Buna təsir edən əsas amillər sırasında Azərbaycanda viza sadələşdirilməsini də qeyd etmək olar:

“Bu ölkədə turizmin əsas uğur hekayəsidir”.