30 Oktyabr

Manata inam mütləq bərpa olunmalıdır – AGENTLİK

"Azərbaycan manatına inam mütləq şəkildə bərpa olunmalıdır". Fins.az xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin suveren ölkələr üzrə departamentin baş direktoru Paul Qambl deyib.

Onun sözlərinə görə, 2016-cı ildə neft qiymətlərinin tədricən artmasına baxmayaraq, manatın məzənnəsi zəifləyib. "Bizim manatın taleyi ilə bağlı qeyri-müəyyənliyimiz davam etməkdədir. Bu da manata olan inamı bir az da azaldır. Buna görə də hal-hazırda manata olan inamın bərpa olunması əsas məsələdir".

© APA