“Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsini hökumət planlaşdırır”. Fins.az xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Strateji xidmətlər departamentinin Prudensal siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov deyib.
Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının əvvəlki idarəetməsində yaranan problemlərlə bağlı istintaq davam edir. Yeni rəhbərlik artıq fəaliyyətə başlayıb.Və təbii ki, bu başqa banklara da nümunə olmalıdır. O bildirib ki, biz artıq tənzimləyici qanunvericiliyin pozulmasına humanist yanaşmayacağıq. Bankın özəlləşdirilməsinə gəlincə, o R.Tahirov deyib ki, ilin sonuna kimi bankın reabilitasiyası prosesi bitəcək:"Hal-hazırda əsas iş bankda maliyyə şəraitinin yaxşılaşdırılması ilə bağlıdır”.