30 Oktyabr

“Banklar bu ilin ortasına qədər kapitalizasiyanı yekunlaşdırmalıdırlar”

“Banklar bu ilin ortasına qədər kapitalizasiyanı yekunlaşdırmalıdırlar”. Fins.az xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Strateji xidmətlər departamentinin Prudensal siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov deyib.

Onun sözlərinə görə, artıq 5 bank, o cümlədən “Bank Standard” kapitalizasiyanı apara bilmədiyi üçün bağlanıb: “Bir neçə bank hal-hazırda bu proqramın daxilindədir. Rekapitalizasiya prosesini müzakirə edirik. Sadəcə müzakirə deyil, prosesin tamamlanması ilə bağlı səhmdarlardan rəsmi məktub da var. Kapital problemi olan banklardan tələb olunur ki, bu ilin ortasına qədər prosesi yekunlaşdırsınlar”.