Beynəlxalq Bankın özəllləşdirilməsi üçün xarici partnyor axtarılır. Fins.az xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının Strateji xidmətlər departamentinin Prudensal siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov deyib.
Onun sözlərinə görə, Palata və Maliyyə Nazirliyi banka nəzarətlə bağlı sıx əməkdaşlıq edir. Müzakirə zamanı R.Tahirov Bqynəlxalq Bankın bir sıra banklar kimi bağlanmasının deyil, sağlamlaşdırılmasının tərəfdarı olduğunu da qeyd edib:
”ABB sistem bankıdır. Ona görə də bu bankın bağlanması məqsədəuyğun olmazdı. Qanunvericiliyimiz hökümət tərəfindən bankın dəstəklənməsinə imkan verir. Ona görə də bu prosesin sonuna doğru getməkdəyik və bunun üçün biz xarici partnyor axtarırıq”.