30 Oktyabr

Bankların açıq valyuta mövqeyi haqqında – PALATADAN AÇIQLAMA

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları üçün açıq valyuta mövqeyinin normativi 3%-dək azaldılmayacaq. Fins.az xəbər verir ki, bunu açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının şöbə müdiri Rüstəm Tahirov deyib.

Eləcə də bax: Azərbaycan banklarının xaricdəki problemləri sürətlə böyüyür – SƏBƏBLƏR

Onun sözlərinə görə, hazırda Palata bu məsələ ilə bağlı kommersiya bankları ilə danışıqlar aparır:

“Banklarla aktiv danışıqlar aparırıq və deyim ki, bu rəqəm 3% həddində deyil, daha yüksək həddə olacaq”.

Xatırladaq ki, hazırda banklar üçün açıq valyuta mövqeyinin normativi 10% təşkil edir.