30 Oktyabr

“FED-in qərarı Azərbaycanda o zaman hiss ediləcək ki...”

FED-in qərarı Azərbaycanda dolların məzənnəsinə birbaşa təsir etməyəcək. Fins.az xəbər verir ki, "Fitch" beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektoru ilə bağlı keçirdiyi tədbirdə bunu Mərkəzi Bankın nümayəndəsi Leyla Yusifzadə deyib. Onun sözlərinə görə, FED-in qərarının yalnız dolayı təzyiqləri ola bilər.
"Söhbət ondan gedir ki, neft qiymətləri nəzərəçarpacaq dərəcədə dəyişərsə, Dövlət Neft Fondunun xərclərinə təsir etdiyi halda hansısa təzyiqlər ola bilər. Amma nəzərə almaq lazımdır ki, hökumət büdcəni planlaşdırarkən mədaxil hissəsini çox konservativ formalaşdırıb”.