30 Oktyabr

Mərkəzi Bank bankları mükafatlandırdı - SİYAHI

2013-cü ildən başlayaraq Mərkəzi Bank illik əsasda maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi və ölkədə nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi və fərqlənmiş bankların mükafatlandırılması üçün nominasiya müsabiqəsi təşkil edir.

Fins.az xəbər verir ki, müsabiqədə qalib bankların müəyyən edilməsi üçün Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının və xidmət mərkəzləri olan “AzeriCard” MMC və “MilliKart” MMC-nin nümayəndələrindən ibarət Münsiflər Heyəti formalaşdırılıb. Münsiflər Heyəti qalibləri bankların Mərkəzi Banka təqdim etdiyi aylıq statistik hesabatlar əsasında müəyyən edilib.

2016-cı ildə Mərkəzi Bank 5 nominasiya üzrə müsabiqə elan edib. Azərbaycan Banklar Assosiasiyası ilə birgə təşkil edilən tədbirdə elan edilmiş nominasiyalar üzrə aşağıdakı qalib banklar mükafatlandırılıb:

“Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:

I yer “Bank of Baku” ASC;

II yer “Bank Respublika” ASC;

III yer “Accessbank” ASC.

“Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə:

I yer “Bank Respublika” ASC;

II yer “Turanbank” ASC;

III yer “Accessbank” ASC.

“Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə:

I yer “Unibank” ASC;

II yer “Bank of Baku” ASC;

III yer “Azərbaycan Beynəlxalq Bankı” ASC.

“Təmassız ödəniş kartları üzrə lider bank”:

I yer “Dəmirbank” ASC;

II yer “Unibank” ASC;

III yer “Atabank” ASC.

“Təmassız POS-terminal infrastrukturu üzrə lider bank”:

I yer “Dəmirbank” ASC;

II yer “Unibank” ASC;

III yer “Azərbaycan Beynəlxalq Bankı” ASC.

Elan edilən nominasiyalar üzrə qalib banklarla yanaşı əldə olunan göstəricilərə görə fərqlənərək ilk 5-likdə olan banklara isə təşəkkür məktubu təqdim edilib.

Mərkəzi Bank bankların bu istiqamətdə fəaliyyətinin stimullaşdırılması məqsədilə Azərbaycan Banklar Assosiasiyası ilə birgə 2017-ci ildə də nominasiya müsabiqələrini davam etdirəcək.