Son bir neçə gündə “qara bazar”da da dollar durmadan ucuzlaşır. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.6900 manata, satışı isə 1.7100 manata kimi aşağı düşüb. Bu isə bir gündə manatın 1,7%-dək bahalaşması deməkdir.
Qeyd edək ki, ötən ayının əvvələrində “qara bazar”da dollar eyni məzənnə ilə ticarət edilmişdi.