30 Oktyabr

Bir neçə bankın bağlanması gözlənilir - DEPUTATDAN AÇIQLAMA

"Son məlumatlara əsasən, daha bir neçə bankın birləşdirilməsi və bağlanması gözlənilir". Fins.az xəbər veerir ki, bu barədə hökumətin ötən ilki hesabatının parlamentdə müzakirəsi zamanı deputat Elmira Axundova bildirib:

"Ötən il bank sistemində xoşagəlməz proseslər getdi, artıq banklara inam azalıb. Banklar bağlandı və həmin banklardakı işçilər işsiz qaldı, kreditləri olan əhali əziyyət çəkdi. İnsanlar banklarla üz-üzə qaldı. Əhali banklardan vəsaitlərini kütləvi şəkildə geri götürdü", - deyə millət vəkili vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda bankların bağlanması və ya birləşdirilməsi problemin həlli yolu deyil. E.Axundova bank faizlərinin yüksək olmasından şikayətlənib.

"Banklar 29%-lə kredit verir. Bu sahədə təklif tələbdən çoxdur. Amma sahibkarlar risk edib bu kreditləri götürə bilmir. Bundan başqa, əhali bank kreditləri üzrə borclarını qaytara bilmir. Hesab edirəm ki, artıq bununla bağlı əməli tədbirlər görülməlidir"ş

E.Axundova bildirib ki, dərman qiymətləri aşağı düşəndən sonra bəzi dərmanların orijinalı satışdan yoxa çıxıb: "Hindistan, Türkiyə, Çindən onların əvəzedicisi olan ucuz dərmanlar gətirilir. Bu məsələ ciddi araşdırılmalıdır".

Mənbə: Marja