Mərkəzi Bankın bu gün martın 17-də keçirdiyi vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracında tələb təklifi üstələyib. Fins.az xəbər verir ki, hərracda depozitlərə tələb 275 mln. manat olub. Halbuki, Mərkəzi Bank 200 milyon manat toplamağı hədəfləmişdi.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,60% təşkil edib.