Mərkəzi Bank martın 27-də vəsaitlərin cəlb olunması ilə bağlı növbəti depozit hərracı elan edib. Fins.az xəbər verir ki, bu dəfə dolayı hərrac yolu ilə 300 milyon manat məbləğində vəsait cəlb etmək planlaşdırılır.
Hərrac Blumberq ticarət sistemində saat 11:00-11:15 arasında baş tutacaq. Məlumatlar saat 10:00-dək sistemə göndərilməlidir.
Hərracın müddəti14 gün, faiz dərəcəsi isə 12,01% – 14,99%-dir.