Azərbaycanda fəaliyyət göstərən 32 bankın 31 yanvar 2017-ci il tarixinə cəmi aktivləri 32 407,1 mln. manat, cəmi öhdəlikləri 30 347,5 mln. manat, balans kapitalı isə 2 059,6 mln. manat təşkil edir. Bu barədə Fins.az Reporta istinadən məlumat verir. Məlumata görə, yanvarın sonuna banklarda 7 691,3 mln. manat əmanət olub.
Hesabat dövrünə bankların filiallarının sayı 569, söbələrinin sayı 132, bankomatlarının sayı 2 468-dir. Bank sektorunun işçi heyəti 16 928 nəfər təşkil edib.