30 Oktyabr

Hərraca əlavə dollar çıxarıldı

Bugünkü valyuta hərracında dollar bahalaşdı. Halbu ki, ilkin mərhələdə bunun əksi gözlənilirdi. Hətta kursun 1,71 ilə nəticələnəcəyi proqnoz olunurdu. Lakin nəticə tam başqa oldu. Fins.az xəbər verir ki, bu günkü hərraca əvvəlcə elan olunduğundan daha çox - 36 milyon 500 min dollar çıxarılıb.
Bunun 35 milyonu əvvəlcədən elan olunduğu kimi Dövlət Neft Fondunun vəsaitidir. 1 milyon 500 mini sonradan əlavə olunub. Ümimilikdə banklar tərəfindən 30-35 sorğu irəli sürülüb.
1.71 aşağı kurs üzrə sifarişlər ümumiyyətlə qəbul olunmayıb. 100 min -1,5 milyon həcmində sorğular daha çox olub. Bir neçə bank isə 5 milyon dollarlıq sorğu ilə çıxış edib.
Sorğular üzrə üzrə maksimal məzənnə isə 1.7290 ilə qeydə alınıb. Və nəticədə hərrac bu kurs ilə bitib.