30 Oktyabr

20-yə yaxın bank ilk ÖKB-nin səhmdarı olmaq istəyir

Azərbycanda fəaliyyət göstərən 20-yə yaxın bank ilk Özəl Kredit Bürosunun (ÖKB) səhmdarı olmaq niyyətindədir. Fins.az xəbər verir ki, bu barədə bank bazarındakı mənbə məlumat verib.

"ÖKB-nin aprel ayında yaradılması planlaşdırılır. 20-yə yaxın bank büronun səhmdarı olmaq istəyir", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, gələn həftə həmin bankların nümayəndələrinin görüşü keçiriləcək.

Xəbər verildiyi kimi, İslandiyanın “Creditinfo Group” təşkilatı ÖKB-də 51%, digər iştirakçılar isə 49% iştirak payına malik olacaqlar. Büronun nizamnamə kapitalı 2,2 mln. avro təşkil edəcək. Bundan başqa, “Creditinfo Group” ÖKB-nin fəaliyyətinə texniki dəstək göstərəcək.

© İnterfaks-Azərbaycan