Sabah Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək. Fins.az xəbər verir ki, bu dəfə hərracda 200 milyon manat vəsait cəlb etmək planlaşdırılıb.
Bu, martın 27-də keçirilən hərracın büdcəsi ilə müqayisədə 33,3% azdır.
Xatıırladaq ki, son depozit hərracında tələb təklifdən 12,1% çox - 336,3 milyon manat olub. Təklif isə 300 milyon manat həcmində müəyyən edilmişdi.