30 Oktyabr

Banklarda dollar bir qədər də bahalaşdı

Xəbər verdiyimiz kimi, 30 mart 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1,7244 səviyyəsində formalaşmışdır.

Fins.az xəbər verir ki, hərracdan sonra da banklarda dolların qalxması müşahidə olunur. Artıq 5 bank dolları 1.72 manatdan alır. Bir sıra banklarda Dolların satış qiyməti isə 1.75 manatı da keçib.

Azərbaycan Sənaye Bankı Dolların alışını 1.7150 manatdan 1.72 manata, Bank Silk Vey alışı 1.70 manatdan 1.72 manata, satışı 1.7350 manatdan 1.7550 manata, Unibank alışı 1.72 manatdan 1.7238 manata, satışı 1.7390 manatdan 1.7420 manata, NikoylBank satışı 1.75 manatdan 1.7550 manata qaldırıb.

Hal-hazırda (14:00) Dolları ən ucuz satan Bank DəmirBank və NBC Bank-dır. Dəmir Bank 500 dollar limitlə, NBC Bank isə limitsiz ABŞ valyutası satır.

© Marja