30 Oktyabr

Bankın "Dəmiryol" şöbəsinin açılmasına İCAZƏ VERİLDİ

Maliyyə Bazarlarına Nəzarət Palatası “Kapital Bank” ASC-nin “Dəmiryol” şöbəsinin açılmasına icazə verib.

Fins.az xəbər verir ki, bu barədə Palatanın Direktorlar Şurası martın 30-da qərar qəbul edib. Palata sözügedən bankın struktur bölməsinin fəaliyyətə başlaması üçün daxil olmuş müraciəti müsbət dəyəndirilib.

Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci, 11.1-ci və “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi” Qaydalarının 4.1-ci bəndinə, eləcə də Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən “Kapital Bank” ASC-nin Bakı şəh., Nəsimi r-nu F.Əmirov 24 (2 saylı ASAN Kommunal) ünvanında yerləşən “Dəmiryol” şöbəsinin açılmasına icazə verilib.