30 Oktyabr

Banklar arasında dollar həftəyə bahalaşma ilə başladı

Bloomberg” terminalında dollar yeni iş həftəsinə bahalaşma ilə başlayıb. Fins.az xəbər verir ki, banklar arasında dolların ilk ticarəti 1.7270 manatla baş tutub. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,27% dəyər qazanması deməkdir

Qeyd edək ki, dollar terminal üzərində ötən günü 1.7223 manat kursu ilə yekunlaşdırmışdı.

Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.

Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış/satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.